Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Yevgeni Priqojin də var.
Bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib.
Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, aparılan molekulyar genetik müayinələrin nəticələrinə əsasən, qəzada həlak olan 10 qurbanın hamısının şəxsiyyəti müəyyən edilib və onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur.
Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Verilən məlumata əsasən, hadisə vaxtı “Vaqner”in rəhbəri Yevgeni Priqojin də təyyarənin sərnişinləri arasında olub.