Tramp rekord məbləğdə ianə toplayıb

Fotoşəkilin dərc edildiyi cümə axşamı, avqustun 24-dən şənbə gününə qədər, “Tramp Fondu” 7,1 milyon dollar pul toplayıb.

“Politic“” nəşri yazır ki, Trampın seçki kampaniyası fondunun gəliri onun həbsxana fotoşəkili və “Heç vaxt geri çəkilmə!” şüarı olan köynəklər, afişalar, bamper stikerləri və soyuducu çantalar kimi məhsulların satışı ilə artıb.

Ümumilikdə, Trampın seçki qərargahının məlumatına görə, keçmiş ABŞ prezidentinə qarşı ittiham irəli sürüldükdən sonra üç həftə ərzində kampaniya fonduna təxminən 20 milyon dollar daxil olub.

Donald Tramp Corciya ştatında seçkilərə müdaxilə ilə bağlı cinayət işi çərçivəsində avqustun 24-də rəsmi olaraq saxlanılıb. ABŞ-ın keçmiş prezidenti 200 min dollar girov müqabilində sərbəst buraxılıb.

Seçkilərə müdaxilə işi Trampa qarşı açılan dördüncü cinayət işidir. Bundan əvvəl o, biznes sənədlərini saxtalaşdırmaqda, məxfi sənədləri qanunsuz saxlamaqda və seçkidə uduzduqdan sonra hakimiyyəti saxlamağa cəhddə ittiham olunurdu.

Siyasi analitiklər Trampın ittiham edilməsinin onun tərəfdarlarının dəstəyini itirməsinə səbəb olmayacağını, əksinə populyarlığını artıracağını proqnozlaşdırırdılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ