Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, o, “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojini “90-cı illərin əvvəllərindən” tanıyır. Putin bunu Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğramasını şərh edərkən deyib. Jurnalist Fəridə Rüstəmovanın qeyd edir ki, bu fakt əvvəllər məlum deyildi.
Putinin sözləri onların Priqojinlə tanışlığı barədə əvvəllər deyilənlərlə və bu barədə “Vaqner” ÖHŞ-nin rəhbərinin sözləri ilə ziddiyyət təşkil edir. Ən populyar versiyaya görə (“Moskovski Komsomolets” nəşrinə aiddir) Putin və Priqojin 2000-ci illərin əvvəllərində, Putin Rusiya Federasiyasının prezidenti vəzifəsini tutduqdan sonra Sankt-Peterburqda Priqojin tərəfindən açılan “New Island” restoranında Jak Şirak və kiçik Corc Buşla görüş zamanı tanış olublar. Priqojin həmin tədbirdə ofisiant rolunu oynayıb.
Yevgeni Priqojin 2023-cü ilin aprelində “Defense Web”ə verdiyi müsahibədə prezident Putinlə tanışlığı ilə bağlı şayiələrin “çox şişirdilmiş” olduğunu söyləyib. “Əlbəttə, mən onunla danışmışam, amma tanışlığımızla bağlı şayiələr sadəcə şayiədir” deyən Priqojin əlavə edib ki, Putinlə yalnız sonuncu prezident olanda görüşüb.
Eyni zamanda Priqojin etiraf edib ki, Putin mer müavini işlədiyi zaman onun Sankt-Peterburqdakı restoranlarına baş çəkə bilərdi. ÖHŞ rəhbəri əlavə edib ki, hımin vaxt onun Putinlə görüşməyə “marağı yox idi”.
Araşdırmaçı jurnalist Andrey Zaxarova bildirir ki, versiyalardan birinə görə, Putin və Priqojin 90-cı illərin əvvəllərində “kazino xətti ilə” tanış olublar. Bəzi müstəntiqlər bu əlaqəni Priqojinin kazino sahibi Mixail Mirilaşvilinin strukturlarında işlədiyini və Putinin kazinoların lisenziyasına məsul vitse-mer kimi işləməsi ilə bağlayır.