Zelenski Priqojinin ölümü ilə bağlı zarafat edib

Ukrayna prezidenti Vladimir Zelenski “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.

“Bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs bu qəzada kimin əli olduğunu başa düşür”, - deyə Zelenski Kiyevdə jurnalistlərə bildirib.

“Bilirsiniz, Ukrayna dünya ölkələrinə təyyarələrlə bağlı müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq. Fikrimizdə tamamilə fərqli bir şey var idi, dəstək istədik, baxmayaraq ki, bu da sözün müəyyən mənasında dəstəkdir”, - Ukrayna lideri deyib.

Yevgeni Priqojinin təyyarəsi avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Yevgeni Priqojinin adı təyyarənin göyərtəsində olan 10 nəfərin siyahısında olub. Rəsmi olaraq, “Vaqner” yaradıcısının ölümü hələ də təsdiqlənməyib. “Fontanka” mənbələrinin məlumatına görə, Priqojinin cəsədi, digər təyyarə qəzasında ölənlər kimi, morqa aparılıb, lakin şəxsiyyətin müəyyən edilməsi üçün genetik ekspertiza tələb olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ