Priqojinin təyyarəsində ölən stüardessa qəzadan əvvəl qohumlarına nə deyib?

Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması zamanı ölən qızın 39 yaşlı stüardessa Kristina Raspopova olduğu məlum olub.

Bu barədə “Baza” məlumat yayıb.

Raspopova bir müddət əvvəl “MNT Aero” şirkətində işə düzəlib və Moskvadan Sankt-Peterburqa köçüb. “Telegram” kanalı yazır ki, Kristina bundan əvvəl biznes aviasiyasında da işləyib.

O, Çelyabinsk vilayətinin Yemanjelinsk prokurorunun müavini Yevgeni Raspopovun bacısıdır. Onun qardaşı bu il şəhər prokuroru vəzifəsini icra edərkən Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkinlə mübahisə edib: yerli istintaq komitəsi Bastrikinin göstərişi ilə şəhər xəstəxanasında iki nəfərin ölümü ilə bağlı cinayət işi açıb. Lakin ertəsi gün Raspopov bu qərarı qanunsuz hesab edərək ləğv edib.

Uçuşdan bir neçə saat əvvəl stüardessa ailəsinə uçuşun gecikdiyini bildirib. Uçuşdan əvvəl o, hava limanının kafesindən fotosunu yayımlayıb. “VChK-OGPU” “Telegram” kanalı yazır ki, “Raspopova qohumlarına deyib ki, son uçuşdan əvvəl təyyarə ilə qəribə manipulyasiyalar baş verib. Təyyarə qısamüddətli təmir üçün harasa aparılıb. Kanalın digər mənbəsi, Priqojinin təyyarəsinin müntəzəm olaraq - iki-üç ayda bir dəfə xarab olduğunu söyləyib. “Eyni zamanda təyyarə daim nəzarətdə olub. Mən təsəvvür edə bilmirəm ki, ora necə bomba qoymaq olar”, - mənbə deyir.

Ekipaj üzvləri arasında əslən Voronejdən olan komandir Aleksey Levşin də var. Onun həyat yoldaşı Svetlana Levşina avqustun 23-də axşam sosial şəbəkələrdə ərinin öldüyünü təsdiqləyib. İkinci pilot 29 yaşlı Rüstəm Kərimovdur. O, 2014-cü ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ