Priqojinin telefonu təyyarəsinin qəzaya uğradığı yerdə tapılıb

Yevgeni Priqojinin telefonu Tver vilayətində Embraer ERJ 135 təyyarəsinin qəzaya uğradığı yerdə tapılıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı “Vaqner” ÖHŞ-dəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qəza yerində tapılan qalıqlar arasında Priqojinin cəsədi hələlik müəyyən edilməyib.

“İnterfaks”ın fövqəladə hallar xidmətindəki mənbəsi bildirib ki, ümumilikdə 10 nəfərin qalıqları tapılıb – təyyarədə eyni sayda sərnişin olub. Axtarış əməliyyatı başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ