Priqojinin ikinci təyyarəsi Bakıya uçmalı idi

Moskvada uğurla eniş edən və Yevgeni Priqojinlə əlaqəli olan RA-02795 qeydiyyat nömrəli ERJ-135BJ Legacy 650 biznes-jeti Bakıya uçuş planlaşdırırdı.

Bu barədə “Flightradar24” məlumatında bildirilir. 

Qeyd edilir ki, təyyarə saat 17:00 radələrində Moskvadan Sankt-Peterburqa uçub, orada qısa müddət qalıb, sonra Moskvaya qayıdıb. Məlumata görə, cümə axşamı bu təyyarə Moskvadan Bakıya uçmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ