Moskvaya dron hücumu: Hava limanları bağlandı - мideo

Gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron hücumu olub. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, paytaxtın Strogino və Krasnoqorsk rayonlarında ard-arda partlayış səsləri eşidilib. 

TASS agentliyi isə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo limanları üzərində hava məkanının bağlanması barədə məlumat yayıb:

“Uçuşlar qəbul edilmir, təxirə salınıb”.

Moskva meri Sergey Sobyanin Teleqram kanalında dron hücumunu təsdiqləyib.

O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri Krasnoqorsk vilayətində və Moskva vilayətinin Çastsı rayonunda iki PUA-nı vurub.

Hazırda xüsusi təyinatlılar hadisə yerindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ