Türkiyədə avtobus qəzaya düşdü: 12 ölü, 19 yaralı

Türkiyənin Sivas şəhərindən İstanbula hərəkət edən sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TRT haber” məlumat verir ki, sürücünün Sivas-Yozgat yolunda idarəetməni itirməsi nəticəsində avtobus dərəyə aşıb. 

Hadisə zamanı 12 nəfər həlak olub, daha 19 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ