Dağıstanda matəm elan edildi

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanlar üçün matəm günü elan edib.

Respublika başçısının sözlərinə görə, üçü uşaq olmaqla 27 nəfəri xilas etmək mümkün olmayıb. Daha 102 nəfər yardım üçün tibb müəssisələrinə müraciət edib.

Dağıstan hökumətinə Mahaçqalada həlak olanların və yaralananların ailələrinə yardımın göstərilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” xüsusi təyyarəsi yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanları Moskvaya təxliyə etmək üçün Mahaçqalaya uçub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ