Havay adalarında meşə yanğınları zamanı 89 nəfər ölüb

Havay adalarında meşə yanğınları nəticəsində azı 89 nəfər ölüb. Bu barədə “Associated Press” Maui adasının polisinə istinadən məlumat verib.

Ölənlərin cəsədlərini itlər vasitəsilə axtarırlar. Onlar beş kvadrat mil (təxminən 13 kvadrat kilometr) ərazini kəşf etməlidirlər, lakin indiyədək axtarış ərazisinin 3%-i öyrənilib. Maui polis rəisi Con Pelletye ölənlərin sayının arta biləcəyini etiraf edib.

Onun sözlərinə görə, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək olduqca çətindir, hazırda cəmi iki nəfərin şəxsiyyəti müəyyən edilib.

Havay adalarının qubernatoru Coş Qrin hadisəni region tarixində ən dəhşətli təbii fəlakət adlandırıb. Onun sözlərinə görə, yanğın ən azı 2200 binaya ziyan vurub, onların əksəriyyəti yaşayış binalarıdır. Havay adaları təbiət hadisəsindən altı milyard dollar zərər görüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ