Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Həkəri körpüsünə doğru avtoyürüşünü müşayiət etməkdən imtina edib.
Bu barədə məlumatı Ermənistanın “Aysor” portalı yayıb.
Komandanlığın məlumatına görə, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq, rusiyalı sülhməramlı kontingenti tərəfindən avtoyürüşlərdə avtomobil karvanı tərkibində nəqliyyat vasitələrinin müşayiət edilməsi, eləcə də müxtəlif aksiya və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmayıb.
Sülhməramlı kontingentin bu cavabı erməni sakinlərin narazılığına səbəb olub.