Rusiyada ermənilər “vaqnerçi”ləri döyüb öldürdülər

Avqustun 4-dən 5-nə keçən gecə Rusiyanın krasnodar vilayətinin Tuapse rayonunda “Vaqner” özəl hərbi şirkətinin keçmiş muzdlularına hücum olub.

Rusvesna.su Telegram kanalının məlumatına görə, Dederka çayı yaxınlığında 41 və 38 yaşlı iki “vaqnerçi”nin cəsədi tapılıb. Daha bir nəfər isə, xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən erməni əsilli dörd Rusiya Federasiyası vətəndaşı - Karen Ustyan, Vartan Tulumdjyan, Albert Ekzaryan və Artem Türkmənyan axtarışa verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ