Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza - Yaralılar var

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

“TRT Haber” xəbər verir ki, qəzada biri mətbuat mənsubu olmaqla 2 nəfər yaralanıb.

Çevik Qüvvət polisi mikroavtobusu və bir mətbuat maşınının olduğu qəzada 5 avtomobilə ziyan dəyib.

Qeyd edək ki, CHP sədri vətəndaşlarla görüşmək üçün Ərzincana səfərə gedib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ