Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi artırılıb.
Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.
Qanuna əsasən, ölkədə orduya çağırış yaşının yuxarı həddi 27-dən 30-a qaldırılıb. Çağırış üçün aşağı yaş həddi isə dəyişməyib və 18 yaş olaraq qalıb.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.