Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağ separatçılarının “prezidenti” Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir.
Qəzet qeyd edir ki, separatçıların lideri mövcud vəziyyət barədə danışmaq üçün yerli kanala uzun müsahibə verməyə hazırlaşırdı.
“Bəziləri “Artsax hakimiyyəti”nin bu və digər son addımlarını Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getməyə hazır olması ilə izah edir.
Onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, lakin ictimaiyyət qarşısında “inteqrasiya olunmaması” barədə bəyanatlar verməyə məcburdur. Əslində (Arutyunyan) gizli şəkildə inteqrasiyaya doğru addımlar atır”, - məqalədə deyilir.