Rusiya ordusu avqustun 3-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevi pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Bu barədə məlumatı Kiyev şəhər hərbi administrasiyası yayıb.
Bunun Kiyevə İran istehsalı “Shahed” dronları ilə ardıcıl 8-ci hücum olduğu bildirilir.
Dronların əksəriyyəti haha hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Dağıntı və xəsarət alanların olmadığı da qeyd olunub.
Paytaxtda sonuncu haca hücumu həyəcanı 3 saat davam edib. Bu, ötən ilin fevralında hərbi əməliyyatın başlamasından bu yana Kiyevdə 820-ci həyəcan siqnalı olub.