PUA-lar “Moskva Siti”yə hücum edib - video

Ötən gecə iki pilotsuz uçuş apaкatı “Moskva Siti” biznes mərkəzində binalara çırpılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, daha bir PUA Moskva vilayətinin Odintsovo rayonunda vurulub.

“Bu gecə Ukrayna pilotsuz təyyarələri hücuma keçdiblər. “Moskva Siti”nin iki ofis qülləsinin fasadları zədələnib. Zərərçəkən və ya xəsarət alan yoxdur”, - deyə Moskva meri Sergey Sobyaninin Telegram kanalında yazıb.

Nəticədə Rusiyanın üç nazirliyinin ofislərinin və yaşayış mənzillərinin yerləşdiyi İQ-kvartalında 50 mərtəbəli binanın beşinci və altıncı mərtəbələri zədələnib.

Telegram kanalları partlayış nəticəsində Rəqəmsal İnkişaf Nazirliyinin səpələnmiş sənədlərini əks etdirən video yayımlayıblar.

“Oko-2” qülləsində birinci mərtəbədən dördüncü mərtəbəyə qədər şüşələr sınıb. Bəzi məlumatlara görə, hücum nəticəsində 1-2 nəfər yaralanıb, lakin Rusiya rəsmiləri bu məlumatı təsdiqləməyiblər.

“Mash” Telegram kanalının məlumatına görə, Moskvaya hücum edən iki pilotsuz təyyarədən birincisi gecə saat 3:20-də vurulub. Eyni zamanda, Moskva vilayətinin Odintsovo rayonunda hava hücumundan müdafiə sistemi işə düşüb. Saat 4:10 radələrində “Oko-2” biznes mərkəzində ikinci partlayışın baş verməsi barədə məlumat daxil olub.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, bir Ukrayna PUA-sı Moskva vilayətində hava hücumundan müdafiə vasitəsi ilə məhv edilib, “daha ​​iki PUA radioelektron vasitələrlə sıxışdırılıb və idarəetməni itirərək Moskva şəhəri ərazisinə düşüb. 

Ukrayna hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İnsidentlə əlaqədar Moskvanın “Vnukovo” hava limanı qısa müddətə bağlanıb, Moskva və Moskva vilayətinin hava zonasında uçuşlar qadağan edilib. Bundan əlavə, Moskva şəhəri ərazisində, Testovskaya küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu, mayın əvvəlindən bəri Moskvaya dördüncü hücumdur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ