Bizdən xahiş etdilər ki, Kiyevdən geri çəkilək - Putin

Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin liderləri ilə Ukraynadakı müharibənin sülh yolu ilə həllinə həsr olunmuş görüşdə Rusiya Federasiyasının “istənilən mübahisələrin sülh yolu ilə həllinə səy göstərdiyini” bildirib.

Rusiya hakimiyyətinin sülhə hazır olmasından danışan Putin buna misal olaraq 2022-ci ilin yazında RF ordusunun Kiyevdən geri çəkilməsini göstərib: “Əslində bu müqavilənin layihəsi razılaşdırılmışdı, lakin bizim qoşunlar çıxarıldıqdan sonra Kiyev hakimiyyəti əvvəlki bütün razılaşmalardan imtina etdi”, - Putin deyib.

Putin razılaşmaların təfərrüatlarını açıqlamaqdan imtina edib və qeyd edib ki, “bu düzgün olmaz”.

Rusiya prezidenti çıxışında həmçinin bildirib ki, Ukraynadakı müharibəni “Qərb başlayıb”.  Putinin sözlərinə görə, məhz Qəeb “Ukraynanı NATO-ya cəlb etməyə başlayıb”, Rusiya üçün isə Ukraynanın neytral statusu “fundamental əhəmiyyət kəsb edir”.

Rusiya 2022-ci ilin yazında qoşunlarını Kiyevdən çıxardı və bunu sülh danışıqlarına əlverişli şərait yaratmaq üçün “xoşməramlı jest” adlandırdı. Buna baxmayaraq, bir çox ekspertlər RF ordusunun Kiyev yaxınlığında böyük məğlubiyyətə uğradığını və qarşısına daha real hədəflər qoymağa məcbur olduğunu açıqlayıblar.

Rusiya qoşunları Ukraynanın azad edilmiş ərazilərində geri çəkildikdən sonra fevral və mart aylarında Rusiya işğalı zamanı həlak olmuş yüzlərlə dinc sakinin cəsədi aşkarlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ