Rusiyanın Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində altı nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Bu barədə TASS məlumat yayıb.
Helikopter Ust-Koksinski rayonunun Tyunqur kəndinə eniş edərkən alovlanıb.
Qəzaya səbəb helikopterin elektrik naqillərinə toxunması olub.
Helikopter “Altai Avia” şirkətinə məxsus olub və bir qrup turisti daşıyıb.