Ukrayna ordusunun bölmələri rusiyalıları Donetsk vilayətinin Andreyevka kəndindən çıxarıblar. Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun spikeri Sergey Çerevatı rəsmən təsdiqləyib.
Dialoq.ua xəbər verir ki, Andreyevka Baxmut şəhərinin cənubunda yerləşən ən mühüm yaşayış məntəqələrindən biridir və onun azad edilməsi Rusiya ordusunun Baxmut qrupunun mühasirəsini başa çatdırmağa imkan verəcək.
İddia olunur ki, indi Ukrayna Silahlı Qüvvələri Svetlodarsk və Popasnayadan iki yol boyunca keçən Baxmutun şimalında RF hərbçilərinin təchizat xəttini kəsə biləcək.
Ukrayna ordusundakı mənbələr də, Ukrayna Silahlı Qüvvələrinin uğurunu təsdiqləyir. Kravçuk Teleqram kanalının məlumatına görə, Ukrayna ordusu Kleşçeyevkanın cənub hissəsində təmizləmə əməliyyatına başlayıb.