Çexiyada “Porsche” ilə polisdən qaçan azərbaycanlı ağır qəzaya düşdü - video

Çexiyada qaçaq həyatı yaşayan Azərbaycan vətəndaşı polisdən qaçarkən qəzaya düşüb.

Bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Praqa polisinin qanunsuzluqlara yol verən sürücülərə qarşı keçirdiyi reyd zamanı qara “plyonka”lı “Porsche” markalı avtomobili saxlayıblar.

Yoxlama zamanı sürücünün Şengen zonasına girişinin qadağan olunduğu, arzuolunmaz şəxslər siyahısında olduğu və qeyri-qanuni olaraq Çexiyada yaşadığı ortaya çıxıb. Bu zaman o, avtomobilin sürətini artıraraq ərazidən qaçmaq istəyib. Polisin təqib etdiyi avtomobil yaxın məsafədə işıq dirəyinə çırpılıb. Xəsarət alan sürücü polisin nəzarəti altında xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları hələ ki şəxsin kimliyini açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ