Danimarkada yenidən Quran yandırılıb - video

Danimarkanın “Danske Patrioter” (“Danimarka Patriotları”) qrupunun iki üzvü Kopenhagendə İraqın səfirliyi qarşısında Quranı yandırıblar.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Videodan görünür ki, nümayiş təşkilatçısı əvvəl Quranı tapdalayır, sonra onu yerdə olan İraq bayrağının yanında sinidə yandırır.

Xatırladaq ki, “Danimarka vətənpərvərləri”ndən olan etirazçılar ötən həftə də analoji nümayiş keçirib və onu sosial şəbəkələrdə canlı yayımlayıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ