Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Kütayha rayonunun Gediz qəsəbəsində polis əxlaqsızlıqla mübarizə əməliyyatı keçirilib.

 
Buta.media Türkiyə KİV-nə istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılan 15 nəfədən 6-sı həbs edilib. Onlar arasında azərbaycanlı qadın da olub.
 
Məlumata görə, Gediz Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə rayon polis idarəsi fahişəliklə məşğul olan və bu insalara vasitəçilik edən şübhəliləri texniki nəzarətə götürüb. İki ay davam edən müşahidələrdən sonra öncədən müəyyən edilmiş ünvanlarda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 56 yaşlı A.D., 57 yaşlı U.S., 48 yaşlı S.K., 59 yaşlı M.K., 39 yaşlı S.K. və 46 yaşlı H.G. ilə yanaşı bir neçə qadın da saxlanılb.
 
Fahişliklə məşğul olduğu iddia edilən 9 qadının polis idarəsində izahatı alınıb. Azərbaycanlı qadın isə deportasiya edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ