İyulun 24-də səhər saatlarında iki pilotsuz uçuş aparatı Moskvaya hücum edib. Bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
“Bu gün səhər saat dörd radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçuş aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - o, Telegram kanalında yazıb.
Rusiya Müdafiə Nazirliyi iki Ukrayna pilotsuz təyyarəsini ələ keçirdiyini iddia edir.
“İyulun 24-də səhər saatlarında Kiyev rejiminin iki PUA ilə Moskva şəhərində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Elektron müharibə vasitəsi ilə iki Ukrayna PUA-sı sıxışdırılıb və qəzaya uğrayıb”, - deyə hərbi idarənin açıqlamasında bildirilir.
TASS-ın məlumatına görə, pilotsuz təyyarələrin qalıqları Komsomolski prospektindəki 17 nömrəli evin yaxınlığında tapılıb. Bu, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasından çox da uzaq deyil.
İkinci dron Lixaçov prospektində tikilməkdə olan biznes mərkəzinə düşüb. Nəticədə 50 kv.m sahədə binanın 17 və 18-ci mərtəbələrinin şüşələri sındırılıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Meriya bildirib ki, Komsomolski və Lixaçev prospektlərində avtomobillərin hərəkəti dayandırılıb.