Putin Stalinin polşalılara “ərazi” hədiyyəsindən danışdı

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, indiki Polşanın qərb əraziləri Sovet lideri İosif Stalinin polyaklara “hədiyyəsidir”. Onun sözlərini TASS sitat gətirir.

“Məhz Sovet İttifaqının sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniyanın torpaqlarını aldı”, - Rusiya lideri bildirib.

Putin Varşavanın bunu unuda biləcəyini ehtimal edib və xatırlatmağa hazır olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ