Moskvada Leninin mavzoleyini yandırmaq istədilər

İyulun 17-də axşam saatlarında Moskvada Qızıl Meydandakı Leninin məqbərəsinə molotov kokteyli atılıb.

Bu barədə məlumatı “Baza” və “Shot” Teleqram kanalları yayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

“Baza”nın məlumatına görə, saxlanılan şəxs Çitadan olan 37 yaşlı Konstantin Staçukovdur. Onun barəsində polis əməkdaşlarına tabe olmaması ilə bağlı protokol tərtib edilib. “Shot” kanalı saxlanılan şəxsin doğum gününün 18 iyul olduğunu qeyd edir.

Yanğını törədənin motivləri barədə hələlik məlumat yoxdur. Məqbərəyə ziyan dəyməyib - səkiyə molotov kokteyli düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ