Çində bağça müəlliməsi edam edildi


Çinin Henan əyalətində uşaq bağçasının keçmiş müəlliməsi edam edilib. O, himayəsində olan 25 uşağı natrium nitritlə zəhərləməkdə təqsirli bilinib.

Bir neçə il öncə Tszyaotszo şəhərində uşaq bağçalarının birində kütləvi qida zəhərlənməsi qeydə alınıb. Sonradan polis bağçada müəllimə olan Van Yunun uşaqların sıyığına natrium nitrit qatdığını müəyyən edib.

Nəticədə 25 uşaq zəhərlənib, onlardan biri isə 10 aylıq müalicədən sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müəllimə həmkarı ilə münaqişə zəminində sıyığa zəhərli maddə qatıb.

İstintaq zamanı məlum olub ki, 2017-ci ildə qadın eyni şəkildə ərini zəhərləyib - onunla dava edəndən sonra içkisinə natrium nitrit qatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ