Zalujnı: “Silahlarımızla düşməni məhv edəcəyik”

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı Ukraynaya hücum edən Rusiyaya qarşı öz şərtləri ilə döyüşəcəyini bildirib. O, bu barədə “Washington Post” qəzetinə müsahibəsində bildirib.

Qərb müttəfiqləri Rusiya ilə müharibənin genişlənməsindən ehtiyat edərək, Ukrayna qarşısında şərt qoydular ki, onların Ukrayna Silahlı Qüvvələrinə verdiyi uzaqmənzilli raketlər və digər döyüş sursatları Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna bilməz. Buna görə də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözlərinə görə, Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün yalnız Ukrayna istehsalı olan silahlardan istifadə edir.

"Xalqımı xilas etmək üçün düşmən ərazisində nə etmək üçün kimdənsə icazə istəməliyəm?" - Zalujnı Amerika nəşrinə bildirib.

“Nədənsə, orada heç nə edə bilməyəcəyimi düşünməliyəm. Niyə? Çünki Putin... nüvə silahından istifadə edəcək? Ölən uşaqlar isə vecinə deyil”. “Bu, bizim problemimizdir və bu düşməni necə öldürəcəyimizə qərar vermək bizim ixtiyarımızdadır. Müharibədə siz onun ərazisində öldürə bilərsiniz və öldürməlisiniz. Əgər tərəfdaşlarımız silahlarından istifadə etməkdən qorxsalar, biz öz silahımızla öldürəcəyik”, - deyə Ukrayna ordusunun komandanı bildirib.

Ukrayna daha əvvəl ABŞ-ı əmin edib ki, amerikalılardan aldığı silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə etməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ