Priqojin Putinin təklifindən imtina etdi

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin ÖHŞ komandirlərinə Sedoy ləqəbli komandirin komandanlığı altında xidmət etmək təklifindən imtina edib. Bu barədə Rusiya dövlət başçısı “Kommersant”a müsahibəsində bildirib.

Rusiya lideri qeyd edib ki, o, “vaqnerçilərə” bir neçə iş variantı təklif edib. 

“Onlar üçün heç nə dəyişməyəcəkdi. Onlara hər zaman həqiqi komandiri olan eyni adam rəhbərlik edəcəkdi. <...> Bunu deyəndə çoxları başını tərpətdi”, - Putin bildirib.

Prezidentin sözlərinə görə, komandirlərin qarşısında əyləşən Priqojin bunu görməyib. ÖHŞ rəhbəri Rusiya liderini dinlədikdən sonra “komandirlərinin belə bir qərarla razı olmadığını” deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ