Rusiyanın Sankt-Peterburq şəhərinin Petrodvortsovı rayonunda Azərbaycan vətəndaşı əlinə kuvald alaraq məşhur Müqəddəs Pyotr və Pavel kilsələrinə hücum çəkib.
Buta.media Virtualaz.org xəbər verir ki, insident mayın 7-də, 15.20 radələrində baş verib.
Məlumata görə bu şəxs “Hyundai Accent” markalı avtomobillə kilsənin həyətinə daxil olub. Bundan sonra avtomobildən bəzi alətlər və kuvald götürərək içəri girib. Onun kilsədə nə etmək niyyətində olduğu məlum deyil.
İnsident barədə”112” xidməti məlumatlandırılıb, həmin şəxsi özəl mühafizə xidmətinin əməkdaşları saxlayıb. Onun baəsində inzibati hüquqpozma üzrə iş qaldırılıb. Məlum olub ki, bu şəxs əvvəllər də xarici vətəndaşların Rusiyada qalma rejimini pozub və barəsind inzibati protokollar tərtib edilib.
“Fontanka.ru” portalı insidentin bəzi təfərrüatlarını dəqiqləşdirib. Məlum olub ki, 33 yaşlı Azərbaycan vətəndaşı “Hyundai Accent” avtomobili ilə kilsənin həyətinə girişdəki şlaqbaumu itələyib və həyətə daxil olub. Sonra maşından bəzi inşaat alətləri və kuvad çıxarıb, qazona tərəf yollanıb və orada nəsə quraşdırmağa başlayıb.
Şəxsin hərəkətləri kilsəni mühafizə edən özəl mühafizə xidməti əməkdaşlarına şübhəli görünüb, onlar şəxsdən məqsədini soruşublar. O bildirib ki, anasının xatirəsinə xaç qoymaq istəyir. Bu zaman şəxsin hərəkətləri əsəbi imiş və emosiyalarını cilovlaya bilməyib.
Şəxsin barəsində inzibati protokol tərtib etdikdən sonra onu həkim nəzarətinə veriblər.