Araikin qızları Qarabağdan qaçdılar

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılaraq, Qarabağı tərk edib.

Onların hansı yolla Qarabağdan getdiyi açıqlanmır. Laçın yolu Azərbaycanın nəzarətində olduğu üçün Arayikin qızlarını rusların helikopteri ilə göndərdiyi ehtimal olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ