Rusiyalı general öldürülüb

Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş Berdyansk bölgəsində rusiyalı general-leytenant Oleq Tsokov öldürülüb. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko öz Teleqram kanalında yazıb.

“Bu gün Berdyansk vilayətində rusiyalı general-leytenant Oleq Yuryeviç Tsokovun ləğv edildiyi bildirilir”, - o qeyd edib.

Qeyd edək ki, Oleq Tsokov 2022-ci ilin sentyabrında ağır yaralanmışdı, lakin sağ qalmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ