Özbəkistanda prezident seçkiləri keçirilir

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.

Prezidentliyə 4 namizəd mübarizə aparır.

Özbəkistan MSK-nın məlumatına görə, seçici siyahılarına 19,5 milyondan çox adam daxil edilib, 14 dairə seçki komissiyası, 10 784 seçki məntəqəsi yaradılıb.

Səsvermə saat 20:00-dək davam edəcək.

Qeyd edək ki, seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ədalət Sosial Demokratiya partiyasının namizədi Robaxan Mahmudova və Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev mübarizə aparacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ