Zaxarova : “Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”

“Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub: “Fransanın göstəriş xatirinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

Onun sözlərinə görə, Rusiya Fransanın və Prezident Emmanuel Makronun bu məsələyə müsbət töhfə verə biləcəyinə ümid bəsləmir:

"İyunun 28-də olduğu kimi Makron yenə də bizi təəccübləndirə bildi. Həmin vaxt Makron demişdi ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı dəqiq mövqeyə malik olan və bu mövzunu dünya ictimaiyyətinin gündəmində demək olar ki, təkbaşına saxlayan yeganə şəxs odur. Bu bəyanatlardan sonra belə bir hiss yaranır ki, Fransa Prezidentinin təvazökarlığı onun cəsarətindən sonra ikinci yerdədir. Təəssüf ki, o, belə səmərəli işin əməli nəticəsi barədə heç nə deməyib. Proses var, amma nəticəsi yoxdur. Bəlkə də onun nəticə barədə danışmamasının səbəbi onun olmaması ilə bağlıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ