Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi qərarına türkiyəli məşhur ulduzlar etiraz edib.
Buta.media xəbər verir ki, məşhurlar sosial şəbəkə hesabında “hər şey gözəl olacaq” həştağı ilə post paylaşırlar.
Qeyd edək ki, ötən gün Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərar verir.
YSK-nın açıqlamasına görə İstanbul bələdiyyə sədri seçmək üçün yenidən seçkilər iyunun 24-də keçiriləcək.
Sözügedən qərar ölkədə etirazlara səbəb olub. Adi vətəndaşlarla, yanaşa sənət, mədəniyyət, idman və media nümayəndələri də etirazlara qoşulub.
Onlar öz fikirlərini “Hər şey yaxşı olacaq” həştağı ilə sosial şəbəkədə yazıblar.