Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyada qarşıdurmanın həlli imkanlarını şərh edib. O, bu barədə “Rossiyskaya qazeta” üçün məqaləsində yazıb.
Medvedev bildirib ki, dünya münaqişəsini Üçüncü Dünya müharibəsi yolu ilə həll etmək mümkündür.
Medvedev həmçinin nüvə apokalipsisini mümkün sayıb.
“Problemləri həll etməyin yollarından biri də Üçüncü Dünya müharibəsidir. Ancaq bu, açıq-aydın pisdir. Çünki əvvəlki dünya müharibələrindən sonra olduğu kimi, qaliblərə gələcək firavanlıq heç də təmin edilmir”, deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Bundan əvvəl Medvedev Ukraynaya silah tədarükünə görə nüvə apokalipsisi ilə hədələyib. Onun fikrincə, Kiyevin hərbi potensialının gücləndirilməsinə yönəlmiş bütün hərəkətlər hərbi münaqişənin uzanmasına gətirib çıxaracaq.