Rusiya Kramatorsku vurdu: iki nəfər öldü - video

Rusiya qoşunları Donetsk vilayətinin Kramatorsk şəhərinə iki raket zərbəsi endirib. Bu barədə Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, RF qoşunları şəhərin mərkəzindəki iaşə obyektinə, həmçinin Kramatorsk ətrafının Belenkoye kəndinə zərbələr endirib.

Daxili işlər naziri İqor Klimenko qeyd edib ki, hücum nəticəsində iki nəfər ölüb, biri uşaq olmaqla 22 nəfər yaralanıb. 

“Ukrainskaya Pravda” nəşrinin mənbələrinin məlumatına görə, Rusiya qüvvələri Kramatorska S-300 zenit-raket kompleksləri ilə zərbələr endirib.

Kramatorskda axtarış-xilasetmə işləri aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ