Priqojinin təyyarəsi Minsk yaxınlığında eniş edib

“Belarus Gayun” monitorinq qrupu bildirir ki, Yevgeni Priqojinin istifadə edəcəyi güman edilən “Embraer Legacy 600” biznes-jeti nömrəsi RA-02795) saat 07:40-da Minsk yaxınlığındakı Maçulişçi hərbi aerodromuna enib.

“FlightRadar” xidmətinin məlumatlarına əsasən, eyni aerodromda saat 7:58-də Sankt-Peterburqdan gələn başqa bir iş təyyarəsi eniş edib.

Bundan əvvəl “Vajnıye istorii” və OSSRP məlumat vermişdi ki, RA-02795 nömrəli biznes təyyarə “Vaqner”in qiyaməndan bir gün sonra Rostov-na-Donudan Sankt-Peterburqa uçub. Daha əvvəl bu təyyarə Priqojinin may və iyun aylarında getdiyi şəhərlərin ətrafında uçub. Köhnə qeydiyyat nömrəsi altında olan biznes-jet Priqojinlə əlaqəsi səbəbindən 2019-cu ildə ABŞ-ın sanksiya siyahısına daxil edilib, 2020-ci ildə yeni qeydiyyat alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ