Putin Priqojini öldürəcək?

“Moskvaya yürüş” keçirən “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin Rusiya hakimiyyəti tərəfindən rəsmən bağışlanması və Belarusa köçməsinə icazə verilməsinə dair razılaşmaya baxmayaraq, təhlükə hələ də keçməyib.

Bu barədə CNN yazır.

“Putin xainləri bağışlamır. Putin “Priqojin, sən Belarusa gedirsən” desə belə, o, yenə də satqındır və düşünürəm ki, Putin onu heç vaxt bağışlamayacaq”, – CNN-in Moskva bürosunun keçmiş rəhbəri və Rusiya məsələləri üzrə ekspert Cill Doherti deyib.

Doherti əlavə edib ki, Priqojini Belarusda “aradan götürmək” olar, lakin bu, Moskva üçün çətin dilemmadır, çünki Priqojinin “böyük dəstəyi var, və bu, onun harada olmasından asılı olmayaraq, təhlükə yaradır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ