Priqojin bu şərtlə təslim oldu - O, Belarusa gedir

“Priqojina qarşı cinayət işinə xitam veriləcək, o, gedəcək”. Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, “Vaqner” döyüşçüləri cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Mətbuat katibi qeyd edib ki, vəziyyət itkisiz həll olunub.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ