Proqojin bəyanat verdi

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin döyüşçülərinin Moskva istiqamətində hərəkətini dayandırmasını təsdiqləyib.

O bu barədə öz “Telegram” kanalında yazıb.

““Vaqner” ÖHŞ-ni dağıtmaq istəyirdilər. Sutka ərzində biz demək olar ki, Moskvaya qədər irəlilədik (200 km qalmış). Bu vaxt ərzində biz heç döyüşçümüzün qanını axıtmadıq. İndi isə qan axıdıla bilər. Buna görə hər bir tərəfdən rus qanı tökülə biləcəyi məsuliyyətini başa düşdüyümüz üçün biz kolonlarımızı geriyə çeviririk və plana əsasən düşərgələrə qayıdırıq”.

Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Priqojin Lukaşenkonun Vaqner qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ