Priqojinin ofisi yaxınlığında milyardlarla dolu qutular tapılıb - foto

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin ofisinin yaxınlığında içində dörd milyard rubl olan “Qazel” tapılıb. Bu barədə “Fontanka” məlumat yayıb.

Nəşr bildirib ki, Priqojinin ofisi ola biləcək Sankt-Peterburqdakı “Trezzini” hotelində axtarış zamanı təhlükəsizlik əməkdaşları həyətdə ağ rəngli avtomobil aşkar ediblər.

Nəqliyyat vasitəsində partlayıcı maddələrin olub-olmadığını yoxlamağa başlanılıb və beş minlik əskinaslarla dolu qutular tapılıb. Müstəntiqlərin fikrincə, qutularda təxminən dörd milyard rubl olub.

“Mənə məxsus “Qazel” və iki avtobus tapılıb, orada əmək haqqının verilməsi  üçün pul olub”, - iş adamı təsdiqləyib.

Onun sözlərinə görə, “Vaqner” ÖHŞ on ildir ki, müqavilələrdə qeyd olunan nağd puldan istifadə edir.

“Hər şey yaxşıdır. Həqiqətən də nağd pul tapılıb”, - deyə Priqojin bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ