Rotenberq Bakıya qaçıb?

Vladimir Putinin yaxın dostu, iş adamı Arkadi Rotenberqin biznes-jeti ötən gün Azərbaycana uçub.

“Flightradar24”ün məlumatına görə, Priqojinin Moskvaya “kampaniyası” başlamazdan bir neçə saat əvvəl təyyarə Azərbaycan istiqamətinə yola düşüb.

Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 12:33-də Vnukovo hava limanından havaya qalxıb və saat 15:27-də Bakı aeroportuna enib.

Qeyd olunur ki, Rotenberq Rusiyanı tərk etdikdən sonra o, əlaqəyə çıxmayıb. Rotenberqdən başqa, baş nazirin müavini Denis Manturovun da Rusiyanı tərk etdiyi bildirilir. Bu səhər onun biznes təyyarəsi Moskvadan Türkiyənin Dalaman şəhərinə yola düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ