Çeçenistan Respublikasının Müdafiə Nazirliyinin və Milli Qvardiyasının döyüşçüləri gərginlik zonalarına gediblər. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram”da yazıb.
“Rusiyanın birliyini və dövlətçiliyi qorumaq üçün hər şeyi edəcəyik”, - Kadırov deyib.
Bundan əvvəl o, “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə qarşı sərt tədbirlər görməyə hazır olduğunu yazıb. Kadırovun sözlərinə görə, “qiyam yatırılmalıdır”.