Mənə “siz” deyin: Priqojin Şoyqunun müavini ilə görüşdü - video

Sosial şəbəkələrdə Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə söhbət etdiyi görüntüləri əks etdirən video yayılıb. 

Videoda eyni zamanda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyev də görünür. 

Rostov-na-Donuda çəkildiyi deyilən videoda onlar skamyada əyləşərək söhbət edirlər. 

Priqojin hazırda orada olduqlarını açıqlayır: “Rostovu blokadaya alıb Moskvaya gedirik”. 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqudur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ