“Vaqner”in rəhbəri: Putini aldadırlar

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin yeni müsahibəsi yayımlanıb.

Müsahibə Y.Priqojinin “Telegram”dakı kanalında dərc edilib.

Videoda o iddia edir ki, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində geri çəkilir.

“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu sıxışdırır. Biz qanla yuyunuruq, ehtiyat qüvvələr köməyə gəlmir, mökhəmləndirilmə işi aparılmır”, - deyə “Vaqner”in rəhbəri vurğulayıb.

Y.Priqojin Rusiya Müdafiə Nazirliyini və Baş Qərargah rəhbərliyinin fəaliyyətini də tənqid edib:

“Onlar hələ də bu müharibədə qalib gələcəklərinə ümid edirlər. İdarəçilik mövcud deyil, hərbi uğurlar yoxdur və bütün bunların müqabilində Müdafiə Nazirliyinin rəhbərliyi prezidenti ciddi cəhdlə aldatmaqla məşğuldur”.

30 dəqiqlik videoda Y. Priqojin əsasən Rusiya Müdafiə Nazirliyini və onun rəhbəri olan Sergey Şoyqunu tənqid edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ