Paşinyan Vaşinqtonda sülh müqaviləsinin imzalanacağına ümid edir

Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb.

Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək.

“Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Paşinyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gələn həftə Vaşinqtonda görüşəcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ