Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə “hökm oxundu”

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

H.Axundov Zəngəzur mil-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ