Moskvaya dron hücumu olub - video

Yeni Moskvada və Moskva vilayətinin Naro-Fominsk rayonunda üç dron vurulub.

TASS-ın məlumatına görə, bir pilotsuz təyyarə Yeni Moskvanın Lukino kəndi yaxınlığında, digər ikisi isə Moskva vilayətində Taman diviziyasının yerləşdirildiyi ərazidə zərərsizləşdirilib. İddialara görə, pilotsuz təyyarələr heç bir obyektə zərər vermədən yerə düşüb. 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Naro-Fominsk şəhər rayonunun Kalininets kəndində iki pilotsuz təyyarənin düşməsi ilə bağlı məlumatı təsdiqləyib.

“Hərbçilərin düzgün hərəkətləri nəticəsində təxminən səhər saat 5:30 və 5:50 radələrində hərbi hissələrdən birinin anbarlarına yaxınlaşan iki təyyarə tipli qurğu vurulub. Dağıntı və tələfat yoxdur. Hadisə yerinə xüsusi xidmət orqanları cəlb olunub, yoxlama aparılır, ərazi hazırda mühasirəyə alınıb”, - deyə qubernator sosial şəbəkədə yazıb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan pilotsuz təyyarələr müntəzəm olaraq Rusiya Federasiyasının ərazisinə, o cümlədən Moskva və Moskva vilayətinə hücum edirlər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ